05.08.2023

Müsahibə mərhələsinə start verilir

Şagird sayı 500-dək olan ümümi təhsil müəssisələrinə Direktorların işə Qəbulu Müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış və birbaşa müsahibə mərhələsinə dəvət olunan namizədlərin müsahibə mərhələsinə 7 avqust 2023- cü il saat 09:00-dan başlayaraq start veriləcək.

Müsahibə Şəki-Zaqatala Regional Təhsil İdarəsində (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva 86) müvafiq komisiya tərəfindən aparılacaq.

Müsahibəyə dəvət olunan namizədlərə müsahibənin tarixi və başlanma saatı barədə mərhələli şəkildə SMS vasitəsilə mobil nömrələrinə göndəriləcək.

Namizədlərdən xahiş olunur ki, dəvət edilmiş vaxtda müsahibə binasında olsunlar.

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,