07.08.2023

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib

Avqustun 7-dən şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin növbəti mərhələsi olan müsahibə mərhələsi başlayıb.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

Qeyd edək ki, müsahibə Şəki-Zaqatala Regional Təhsil İdarəsində (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva 86) müvafiq komisiya tərəfindən aparılır.


Açar sözlər: ,  ,