08.08.2023

İşə qəbula start veriləcək

Avqustun 21-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, psixoloq və mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan ediləcək.

Test imtahanında mühasib vəzifəsi üzrə 30 ixtisas, 10 informatika, 10 məntiqi təfəkkürü ölçən suallar, digər vəzifələr üzrə isə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üçün suallar təqdim ediləcək.

Qeyd edək ki, sentyabrın 9-da Şəki şəhərində keçiriləcək imtahanın mövcud vakansiyaları və qeydiyyat linki yaxın günlərdə elan olunacaq.

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://docs.google.com/.../1pRKEmoPDHvL8kI.../edit...


Açar sözlər: ,