21.08.2023

Müəllimlərin (tərbiyəçi-müəllimlərin) diqqətinə!

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində çalışan, pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlərin (tərbiyəçi-müəllim) karyerada yüksəliş imkanlarının təmin edilməsi, əməyinin stimullaşdırılması, təhsilverənlərin peşəkar inkişafında bələdçi rolunda dəstək göstərməsi məqsədilə onların məlumatlarından ibarət elektron məlumat bazası formalaşdırılır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində çalışan və aşağıda qeyd olunan meyarlara malik müəllimlər (tərbiyəçi-müəllim) 30 avqust 2023-cü il tarixədək (şənbə və bazar günləri xaric) yerli rayon təhsil sektoruna müraciət edə bilər.

Namizədlər üçün tələb olunan mütləq meyarlar:

- Pedaqoji təcrübə- azı 10 il;

- Qiymətləndirmə nəticəsi (DQ,Sertifikasiya) - 70%-dən yuxarı;

- Barəsində son 1 ildə intizam tənbehinin olmaması;

Ən azı birinin olması mütləq olan meyarlar:

- Təhsildə innovasiyalar üzrə qrant müsabiqə qalibi olması;

- İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olması;

- Şagirdlərinin fənn olimpiadalarında qalib olması;

- Şagirdlərinin fənn müsabiqələrində qalib olması;

- Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması;

- Şagirdlərinin ən yaxşı təqdimat müsabiqəsində qalib olması;

- IV sinif monitorinqlərinin nəticələri; (şagirdinin 50% yüksək nəticə toplaması)

- IX və XI sinif buraxılış imtahanlarının nəticələri; (şagirdinin 50% və daha yüksək nəticə toplaması)

- Şagirdlərinin idman və ya yaradıcılıq müsabiqələrində qalib olması;

 

Arzuolunan əlavə meyarlar: (mütləq deyil)

- Hər hansı təltifə sahib olması;

- ETN təşəkkürnaməsi;

- ETN Fəxri Fərmanı;

- Qabaqcıl təhsil işçisi döş nişanı;

- Yerli və ya beynəlxalq müsabiqə/ layihədə iştirak;

- e-Twinning layihəsi;

- Bir müəllimin manifesti;

- RTİ tərəfindən təltifinin olması;

- Dərslik müəllifi olması;

 

Məlumat bazasının məqsədi bazada toplanmış heyətin karyerada yüksəliş imkanlarının təmin edilməsi, keçiriləcək layihələrə cəlb edilməsi, əməyinin stimullaşdırılmasından ibarətdir.

Müraciət etmək istəyən namizədlər rayon üzrə təhsil sektoruna aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Şəxsiyyət vəsiqəsinin surəti;

2.Təhsil haqqında sənədin surəti;

3.Əmək kitabçasının surəti;

3. Qiymətləndirmə nəticəsini (DQ,Sertifikasiya) əks etdirən çıxarış;

4.Barəsində son 1 ildə intizam tənbehinin olmaması barədə məktəb rəhbərinin arayışı;

5. Ən azı birinin olması mütləq olan meyarlara uyğun gəldiyini təsdiq edən sənəd və ya çıxarışlar;

6. Arzuolunan əlavə meyarlara aid təltiflərin surəti; (mütləq deyil)

7.Müəyyənləşdirilmiş meyarlara uyğun gələn hər bir namizədin işlədiyi müəssisə rəhbərliyi ( direktor, direktor müavini, həmkarlar təşkilatının sədri) tərəfindən namizədliyi barədə təqdimatı;

Sual yarandıqda aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur:

051-887-88-57


Açar sözlər: ,