23.08.2023

İşə qəbul üzrə müsabiqəyə start verilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində hal-hazırda vakant olan laborant, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, psixoloq və mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 22 avqust – 03 sentyabr 2023-cü il tarixlərində https://forms.gle/TiAeBehmCrmzvnnY8 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin qeyd olunmuş link vasitəsilə Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz.

Məlumat üçün bildirək ki, imtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək. Test imtahanında mühasib vəzifəsi üzrə 30 ixtisas, 10 informatika, 10 məntiqi təfəkkürü ölçən suallar, digər vəzifələr üzrə isə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üçün suallar təqdim ediləcək.

Qeyd edək ki, test imtahanı 9 sentyabr 2023-cü il tarixdə Şəki şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.


Açar sözlər: ,  ,