Avqustun 28-də 2023-2024-cü tədris ili üzrə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və məktəb-liseylərinə qəbul imtahanları keçirilib.
6 mərkəzdə təşkil olunmuş qəbul imtahanlarında şagirdlərə tədris dili, riyaziyyat və məntiq fənləri üzrə tapşırıqlar təqdim edilib.
Qeyd edək ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.