Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri 01.08.2023-cü il tarixdən 6 günlük iş rejimindən 5 günlük iş rejiminə keçirilib.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin iş rejimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı, valideynlərin və məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarının ərizələri və müəssisələrin ilk həmkarlar təşkilatlarının rəyi əsasında dəyişdirilib.