11.08.2023

78 məzun 600 baldan yuxarı nəticə göstərib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2022-2023-cü tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 78 məzun 600 baldan yuxarı nəticə göstərib.

Buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 28 məzun, Qəbələ rayonu üzrə 17, Zaqatala rayonu üzrə 16, Qax rayonu üzrə 7, Oğuz rayonu üzrə 7 və Balakən rayonu üzrə 3 məzun 600-dən çox bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Qəbələ şəhər Ş.Bulqədirov adına 5 nömrəli tam orta məktəbin məzunu Nurgül Əhmədova göstərib. O, IV ixtisas qrupu üzrə imtahanlarda 673 bal toplayıb. Qax rayonu üzrə isə ən yüksək nəticəyə Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Elgün Hacıxanlı nail olub-672 bal. Digər rayonlar üzrə ən yüksək nəticəni Şəki şəhər 20 nömrəli tam orta məktəbinin məzunu Fidan Muradova (668), Zaqatala şəhər Bəhmətli kənd tam orta məktəbin məzunu Leyla Muradova (662 bal), Balakən rayon Humanitar və texniki təmayüllü liseyin məzunu Şamay Osmanova (643 bal), Oğuz rayonu Mollalı kənd tam orta məktəbin məzunu Aysu Əzizova (635,6 bal) göstəriblər.

Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında daha yüksək uğurlar arzulayırıq!


Açar sözlər: