16.05.2023

Sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib

Qəbələ və Zaqatala rayonlarında çalışan Azərbaycan dili və ədəbiyyat və ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.

Görüşdə sertifikatlaşdırmanın mahiyyəti, məqsədi, test imtahanı və müsahibə mərhələlərinin təşkili, sertifikatlaşdırmanın nəticələrinin təhsilin keyfiyyətinə müsbət təsiri haqqında məlumat verilib.

Görüşün sonunda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: