Mayın 16-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Zaqatala rayonunda növbədənkənar vətəndaş qəbulu keçirib.
Keçirilən qəbulda müraciətlər daha çox işlə təmin olunma və digər mövzulara bağlı olub. Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, Zaqatala rayonunda İdarə müdirinin növbəti vətəndaş qəbulunun may ayının 25-də keçirilməsi planlaşdırılır.