Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat və ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
Şəki rayonu Qoxmuq kənd tam orta məktəbin akt zalında təşkil olunmuş görüşdə Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, sektorun əməkdaşları və müəllimlər iştirak ediblər.
Sektor müdiri Z.Cəbiyev təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb. Görüşdə həmçinin sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimlər məlumatlandırılıb.
Görüşün sonunda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.