10.05.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-futbol çempionatı keçirilib

Zaqatala rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-futbol çempionatı keçirilib.

Keçirilən çempionatın məqsədi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda ümummilli lider Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsindən ibarətdir.

Yarışın nəticəsinə görə, Ş.Qurbanov adına şəhər 3 nömrəli tam orta məktəbin komandası I yer, N.Aslanov adına Yengiyan kənd tam orta məktəbin komandası II yer, Sumaylı kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalara diplom və medallar təqdim olunub.


Açar sözlər: ,