10.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

Təhsil müəssisələrində Heydər Əliyevə həsr olunan konfrans, “Dəyirmi masa”, ağacəkmə aksiyası, mühazirə və seminarlar təşkil olunub, fotostendlər qurulub, sərgi, festival, müsabiqə və idman yarışları keçirilib.

Tədbirlərdə ümummilli liderin hakimiyyətə gəlişindən sonra təhsildə apardığı islahatlar, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində təhsil müəssisələrində atılan addımlar, ulu öndərin Azərbaycan dilinə, mədəniyyətinə olan sevgisi barədə söhbət açılıb.

Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib lider kimi dünyada tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoymaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,