01.08.2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 22 layihə qalib olub.

Layihələrdən 3-ü məktəb, 7-si isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən beşi Şəki rayonu üzrə, beşi Qax rayonu üzrə, ikisi Qəbələ rayonu üzrə, ikisi Oğuz  rayonu üzrə, dördü Zaqatala rayonu üzrə, dördü isə Balakən rayonu üzrədir. 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.


Açar sözlər: ,