10.05.2023

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir

2022-2023-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, (Kimya fənni xaric) Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 3 nəfər qızıl, 11 nəfər gümüş, 17 nəfər isə bürünc medal qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,