08.05.2023

“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, həvəsləndirici yazarlar arasında Qax şəhər N.Allahverdiyev adına 2 saylı məktəb-liseyin XIa sinif şagirdi Toğrul Abdulla diplom və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, 30 mart - 25 aprel tarixində gənc yazarlar və məktəblilər arasında keçirilən “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 50-dən çox rayondan və Naxçıvan MR-dan 175 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilib.


Açar sözlər: ,