Mayın 8-də Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr edilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəsi Aleks Haykens, müsabiqənin qalibləri seçilmiş uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq və yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.
Müsabiqənin yekununa əsasən, Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Kənan Məmmədzadə müsabiqənin Respublika mərhələsində I yerə, Balakən rayon UGİM-in dərnək üzvü Yağmur Omarova ll yerə, Zaqatala rayon UGİM-in dərnək üzvü Səma Ömərova lll yerə layiq görülüb.
Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərində təhsil alan uşaqların, o cümlədən şəhid övladlarının iştirak etdikləri yaradıcılıq müsabiqəsinə 2023-cü il fevralın 6-da start verilib. Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq və yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Yekun olaraq 36 nəfər birinci, 21 nəfər ikinci, 41 nəfər üçüncü yerə, 65 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.