08.05.2023

Mini-futbol üzrə rayon çempionatı keçirilib

05-06 may 2023-cü il tarixlərində Oğuz Rayon Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin 2010-2011-ci il təvəllüdlü şagirdləri arasında mini-futbol üzrə rayon çempionatı keçirilib.

12 komandanın mübarizə apardığı yarışın açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayonu üzrə sektor müdiri Sərdar Nəbiyev, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və müəllimlər iştirak ediblər.

İlk öncə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışın nəticəsinə görə, H.Babayev adına şəhər 1 nömrəli tam orta məktəbin komandası I yer, N.İbrahimli adına şəhər 3 nömrəli məktəb-liseyin komandası II yer,  A.Əfəndiyev adına Kərimli kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalara diplom və medallar təqdim olunub.

Qeyd edək ki, keçirilən çempionatın məqsədi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda ümummilli lider Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsindən ibarətdir.


Açar sözlər: ,