04.05.2023

"Dastanlara sığmayan ömrün hekayəsi" adlı tədbir keçirilib

Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş "Dastanlara sığmayan ömrün hekayəsi" adlı tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti, rayon Təhsil sektoru, Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəbin valideyn icma nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə məktəblilərin STEAM, Coğrafiya, Texnologiya fənləri üzrə, habelə peşə təmayüllü sinif şagirdlərinin peşə ixtisasları üzrə hazırladıqları əl işləri nümayiş etdirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsmi çıxışlardan sonra tədbir şagirdlərin və müəllimlərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda peşə tamayüllü sinif şagirdlərinin hazırladıqları əl işləri şəhid valideynlərinə və qonaqlara təqdim edilib.


Açar sözlər: ,  ,  ,