Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümü münasibətilə respublika ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmiş "Ümumilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır" adlı yazı müsabiqəsində fərqlənən şagirdlər təltif olunub.
Müsabiqədə fərqləndiyinə görə Balakən şəhəri Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin 9-cu sinif şagirdi Abdullayev Bəşir Şaban oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplom və hədiyyə ilə təltif olunub.
Uğurlu nəticəsinə görə şagirdimizi təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzulayırıq.