02.05.2023

"Heydər Əliyev-100" adlı bilik yarışı keçirilib

Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz rayon Təhsil sektoru və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev-100" adlı bilik yarışı keçirilib.

Bilik yarışında Oğuz rayon Təhsil sektorunun əməkdaşı Günel Abdullayeva, Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, rayon Gİİ-nin əməkdaşı Rövşən Salehi, rayon ümumi təhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.

Yarış Dövlət Himninin səsləndirilməsi, daha sonra Ulu Öndər Heydər Əliyev və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bilik yarışının nəticələrinə əsasən, Nail İbrahimli adına Oğuz şəhər 3 №-li məktəb-liseyin "Azad Qarabağ" komandası, Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta məktəbin "Lider" komandası, Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbin "Azərbaycan" komandası yarışın qalibi olub.

Qalib komandalar diplom və hədiyyələrlə, digər iştirakçılar isə fəxri fərmanlarla təltif olunub.


Açar sözlər: ,  ,  ,