05.05.2023

“Ümummilli Lider Heyder Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ümummilli Lider Heyder Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilib.

Konfransda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. 

Daha sonra tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqımız qarşısında xidmətləri barədə fikirlər səsləndirilib.

Çıxış edənlər ümummilli liderin hakimiyyətə gəlişindən sonra təhsildə apardığı islahatlar, Heydər  Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində təhsil müəssisələrində atılan addımlar, ulu öndərin Azərbaycan dilinə, mədəniyyətinə olan sevgisi barədə söhbət açıblar.

Sonda şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.


Açar sözlər: ,  ,