27.04.2023

“Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibləri

Şəki şəhər Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilib.

Zona birinciliyində Oğuz, Zaqatala, Qax, Qəbələ, Tərtər və Goranboy rayonlarını təmsil edən komandalar mübarizə aparıb.

Yarışın nəticəsinə görə, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin komandası I yerə, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin komandası II yerə, Qəbələ şəhər P.Osmanov adına 2 nömrəli tam orta məktəbin komandası isə zona mərhələsində III yerə layiq görülüb.

Qeyd edək ki, Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin komandası zona birincisi olaraq Bakı şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsində iştirak etmək hüququ qazanıb.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.