27.04.2023

“Şərəfli ömrün sirdaşı ” mövzusunda tədbir keçirilib

Qəbələ rayon Zarağan kənd 1 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə  “Şərəfli ömrün sirdaşı ” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, Rayon Gənclər İdman İdarəsinin rəisi Fəxri Soltanov, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

 Tədbir iştirakçıları öncə akademik Zərifə Əliyevanın abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzüblər.

Qəbələ rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, akedimik Zərifə Əliyevanın və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zərifə Əliyevanın  həyat və fəaliyyətindən bəhs edən “Qoşa qanad “adlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan rayon təhsil sektorunun müdiri  Arifə Bayramova  qonaqları salamlayaraq akademik Zərifə Əliyevanın xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib, akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu  vuruğulayıb

Daha sonra çıxışlarda akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını təmin edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından danışılıblar.

Sonda şagirdlər görkəmli oftalmoloq alim Zərifə Əliyeva həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,