Aprelin 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Görüşdə ŞZRTİ-nin müdiri Bəhruz Mehdiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin əməkdaşları, müəllimlər və qalib şagirdlər iştirak ediblər.
ŞZRTİ-nin akt zalında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb
Görüşdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev məktəblilər arasında keçirilən müsabiqələrin məqsədi, təhsil sahəsində dövlətin həyata keçirdiyi tədbirlər, eyni zamanda region təhsilinin bu ilə olan nailiyyətlərindən danışılıb.
Sonda müəllimlərə və şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (ŞZRTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 64 şagirdi fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb.