21.04.2023

“Heydər Əliyev və təhsil” mövzusunda konfrans keçirilib

Qax rayon Təhsil sektorunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və təhsil” mövzusunda konfrans keçirilib.

Konfransda ümumi təhsil və məktəbdənkənar təhsil müəsisələrinin direktorları və məktəbəqədər təhsil müəsisələrinin müdirləri, sektor əməkdaşları iştirak edib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təhsil sferasında gördüyü işlər barədə məlumat verilib, keçirilən təhsil islahatının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin dövründə qoyulan təhsil strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda dahi liderin təhsil sahəsinə göstərdiyi diqqət və qayğısını əks etdirən videoçarx nümayiş etdirilib.


Açar sözlər: