21.04.2023

Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası peşəkar və ya həvəskar olmaqla iki katoqoriya üzrə şagirdlərin incəsənətin və yaradıcılığın müxtəlif növ və janrları üzrə çıxışları dinlənilib, münsiflər tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə və adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.