20.04.2023

İmtahan nəticələri məlum olub

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təsərrüfat müdiri, laborant, kitabxanaçı, kargüzar, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Yüksək nəticə göstərən namizədlərə gün ərzində telefon vasitəsi ilə məlumat veriləcək.Həmçinin imtahanda uğur qazana bilməyən namizədlər növbəti həftə yerli rayon təhsil sektoruna yaxınlaşaraq nəticələr haqqında məlumat əldə edə bilərlər.

Qeyd edək ki, aprelin 1-də keçirilən test imtahanında namizədlərə 50 test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.


Açar sözlər: