Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz rayon təhsil sektorunun və Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
Rayon təhsil sektorunun akt zalında reallaşan konfransda təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Səmədzadə, sektorun əməkdaşları və müəllimlər iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrasda Ulu Öndərin mənalı həyat yolu və zəngin fəaliyyətindən bəhs edən məruzə və çıxışları dinlənilib. Qeyd olunub ki, Azərbaycan xalqı və dövləti var olduqca, Ulu Öndər Heydər Əliyev də daim hörmətlə anılacaq.