19.04.2023

Təhsilverənlərin sertifikatlaşdırması prosesi ilə bağlı maarifləndirici görüş keçirilib

Aprelin 19-da Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Təhsil İnstitutu tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (RTİ) müdir Bəhruz Mehdiyev, Təhsil İnstitutunun, İnsan resursları mərkəzinin və RTİ-nin əməkdaşları, Azərbaycan dili və ədəbiyyat və ibtidai sinif müəllimləri iştirak ediblər.

Görüş zamanı sertifikatlaşdırmanın mərhələləri və məzmunu haqqında məlumatlar verilib. Eyni zamanda, sertifikatlaşdırma nəticələrinin təhsilverənlərin karyera inkişafı, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,