15.04.2023

“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Balakən rayon ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Yarışın nəticələrinə əsasən, I yeri Qazbinə kənd tam orta, II yeri Mahamalar kənd tam orta, III yeri Qabaqçöl qəsəbə tam orta məktəbin komandası tutub.

Qeyd edək ki, "Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdir.


Açar sözlər: ,