"Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev- Azərbaycan mədəniyyətinin hamisi" mövzusunda "dəyirmi masa" təşkil olunub.
"Dəyirmi masa"da Balakən rayon İcra Hakimiyyəti, Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən rayon Təhsil sektoru, Balakən regional “ASAN xidmət” Mərkəzinin əməkdaşları, könüllüləri, rayon ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu istiqamətindəki fəaliyyəti, habelə ölkənin mədəni inkişafındakı rolundan bəhs edib.
Daha sonra çıxış edən Balakən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar Məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva, Balakən rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, Balakən regional “ASAN xidmət”in əməkdaşı Aytac Balagözova qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı kimi tarixə iz salıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında yüksəliş dövrünü keçirib.
Sonda Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan bəhs edən videoçarx nümayiş olunub.