06.04.2023

Müəllimlər arasında şahmat yarışı keçirilib

ATİAHİ Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə Oğuz rayonu üzrə təhsil müəssisələrinin müəllimləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə şahmat yarışı keçirilib.

Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib.

Açılış mərasimində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, Oğuz Gİİ-in rəisi Ramiz Mahmudov, UGİŞM-in direktoru Nizami Hüseynli iştirak edib.

2 mərhələ üzrə olmaqla 18 təhsil müəssisəsinin iştirakı ilə keçirilən yarışın nəticələrinə əsasən, l yeri Bayan kənd tam orta məktəbinin müəllimi Cavadov Eynulla, II yeri Çaldaş kənd tam orta məktəbinin müəllimi Cabbarov İlyas, III yeri Xaçmaz 2 nömrəli tam orta məktəbin müəllimi Hacıyev Oktay tutub.

Qaliblər fəxri fərman və pul mükafatı ilə mükafatlandırılıb.


Açar sözlər: