18.04.2023

İdarə müdiri Şəkidə tikilən yeni məktəb binası ilə tanış olub

Aprelin 18-də Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Şəki şəhər 7 nömrəli tam orta məktəbin yeni binasında aparılan tikinti işləri ilə yerində tanış olub.

Məktəb binasında tikinti-quraşdırma və konstruksiya işləri ilə bağlı idarə müdirinə müvafiq məlumatlar verilib.

Qeyd edək ki, Şəki şəhər 7 nömrəli tam orta məktəbi üçün inşa edilən 960 şagird yerlik yeni məktəb binasının tikintisi artıq yekunlaşmaq üzrədir. Təhsil müəssisəsinin binası yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.


Açar sözlər: