10.04.2023

Məktəblərdə maarifləndirici görüşlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 27.11.2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edimiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.3.9-cu bəndinə uyğun olaraq tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi məqsədilə Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bir sıra tam orta məktəblərdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə Şəki Şəhər İcra Hakimiyyətinin və rayon üzrə təhsil sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirakı ediblər.

Tədbirlərdə məişət və gender zorakılıqlarından, onun törətdiyi fəsadlardan söhbətlər aparılıb, Şəkidə gender və məişət zorakılıqlarının qarşısının alınması istiqamətində görülən işlərdən məlumat verilmiş, həmçinin mövzu ətrafında müzakirələr aparılmış, uşaqlara qarşı zorakılıq mövzularında geniş məlumatlar verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,