06.04.2023

Yeni təyin olunmuş direktorlarla görüş keçirilib

Qax rayon təhsil sektoru üzrə şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə təyin olunmuş direktorlarla görüş keçirilib.

Görüşdə sektor müdiri Babək Heydərov təyinat münasibətilə məktəb direktorlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə həmçinin əmək intizamı, məktəbəqədər, fərdi təhsil, ev təhsili, dərs bölgüsü, kadr işinin təşkili və digər mövzular barədə məlumat verilib, əsas tapşırıqlar direktorların diqqətinə çatdırılıb.


Açar sözlər: ,