05.04.2023

"İxtisas bələdçisi" layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib

Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseydə və A.Əliyev adına Padar kənd tam orta məktəbində VIII-XI sinif şagirdləri üçün "İxtisas bələdçisi" layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib.

Seminarda Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Lalə Rəsulova, Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Aynur Bağırova iştirak edib.

Seminarda Təhsil Tələbə Kredit Fondunun fəaliyyəti barədə şagirdlər məlumatlandırılıb, habelə düzgün ixtisas seçimi ilə bağlı şagirdlərə tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,