03.04.2023

“ADA Universitetinin tanıtım layihəsi” çərçivəsində görüş keçirilib

Martın 31-də ADA Universiteti nümayəndələri tərəfindən Oğuz rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə “ADA Universitetinin tanıtım layihəsi” çərçivəsində görüş keçirilib.

Görüşdə Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ADA Universitetinin əməkdaşları Ləman Hüseynli və Şəfəq Mehrəliyeva, sektorun əməkdaşları, valideynlər, müəllim və şagird kollektivi iştirak ediblər.

ADA Universitetinin əməkdaşları Şəfəq Mehrəliyeva və Ləman Hüseynli öz çıxışında universitetin dünya təhsil sistemində tutduğu mövqeyi, əldə edilən uğurları barədə ətraflı danışıblar. Həmçinin universitetin magistr ixtisasları, bu ixtisaslara qəbul qaydaları və digər imkanlar barədə şagirdlərə geniş məlumat verib.

Sonda şagirdlərin suallarına ətraflı cavab verilib.


Açar sözlər: ,  ,