Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb - liseydə 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar voleybol turniri keçirilib.
Turnirin açılış mərasimində Oğuz rayon Təhsil sektorunun əməkdaşı E.Qəhrəmanov, Gənclər və İdman İdarəsinin rəisi R. Mahmudov, UGİŞM-in direktoru N.Hüseyni, məşqçi müəllimlər, şagirdlər iştirak ediblər. Turnirdə ümumilikdə 10 komanda iştirak edib.
Yekun nəticəyə əsasən, I yerə Ə.Mahmudov adına Qarabulaq kənd tam orta məktəbin komandası, II yerə Calud, III yerə Böyük Söyüdlü və H.Babayev adına Oğuz şəhər 1 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.
Turnirin bağlanış mərasimində qaliblər diplomlarla mükafatlandırılıb.