Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dək olan, direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılır.
Namizədlər 4-11 aprel 2023-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək aşağıda qeyd olunan sənədləri çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəsinə təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavənin surəti.
Əlavə olaraq bildiririk ki, şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə yalnız müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərə isə əvvəlcə test imtahanı, test imtahanından uğur qazanan namizədlərlə növbəti mərhələdə müsahibə təşkil ediləcəkdir.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.
Üstünlük veriləcək namizədlər:
- Müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər.
Müraciət edən namizədlər tələb olunan sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, əmək kitabçasının, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəsində yaradılmış komissiyaya təqdim etməlidir.
Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə video-çəkiliş təmin edilməklə müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərlə əvvəlcə test imtahanı, daha sonra test mərhələsindən uğur qazanan namizədlərlə video-çəkiliş təmin edilməklə müsahibə təşkil ediləcəkdir.
Müsahibə zamanı yoxlanılacaq meyarlar:
- Vəzifə üzrə nəzəri biliklər;
- İdarəetmə bacarıqları;
- Şəxsi keyfiyyətlər.
Müsahibə zamanı hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir. Keçid balı 3-dür.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeçiliyində şagird sayı 500-dək olan, direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri barədə məlumatlara aşağıdakı keçid linki vasitəsilə tanış ola bilərsiz.
Keçid linki: https://l24.im/TfHU