Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə “Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi yekunlaşıb.
“Sərhəd” hərbi-idman oyunları Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir.
Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.
Oyunların nəticələrinə əsasən, Oğuz və Qax məktəbliləri zona mərhələsində I yerə layiq görülüb.