03.03.2023

62 şagirdimiz Respublika Fənn Olimpiadalarının final turunda iştiraka vəsiqə qazanıb

Respublika Fənn Olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalan 62 şagird müsabiqənin final turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,  ,