02.03.2023

“Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” məqsədilə iclas keçirilib

Martın 2-də Oğuz rayonu İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində “Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” məqsədilə iclas keçirilib.

İclasda Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin keyfiyyət sektorunun əməkdaşı Elvin Mustafayev, Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev, sektorun əməkdaşları və məktəbin pedaqoji heyəti iştirak ediblər.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin keyfiyyət sektorunun əməkdaşı Elvin Mustafayev çıxış edərək ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini deyib. E.Mustafayev bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.

Daha sonra çıxış edən Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb.

İclasda çıxış edən məktəbin direktoru Pərviz Verdiyev məktəbin pedaqoji heyəti qaydaların vahid bir sənəddə cəmləşdirilməsini müsbət qiymətləndirib.

Sonda məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş məlumat verib, müvafiq mövzularl bağlı təklif və tövsiyələrini səsləndirib

Qeyd edək ki, regional idarə üzrə 20 (iyirmi) ümumi təhsil müəssisəsində pilot layihə kimi "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi nəzərdə tutulub. Həmin pilot məktəblərindən biri də Oğuz rayonu İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbidir.


Açar sözlər: ,  ,  ,