“Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” məqsədilə iclaslar keçirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarında “Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi” məqsədilə iclaslar keçirilib.
İclaslarda Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin keyfiyyət sektorunun əməkdaşı Elvin Mustafayev, rayon təhsil sektorlarının müdirləri, sektorun əməkdaşları, müəllimlər və məktəb valideyn komitələrinin üzvləri iştirak ediblər.
Müzakirələrdə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın hazırlanma prosesi, məğzi və əhəmiyyətindən söz açılıb. Daha sonra müvafiq sənədlərlə bağlı müzakirə aparılıb, təklif və rəylər dinlənilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"da davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakına və şəxsi əşyalara qayğı, etik davranış və digər məsələlər yer alıb.