Balakən, Zaqatala, Qəbələ və Oğuz rayonlarında təhsilverənlərin sertifikatlaşdırılmasına dair məlumatlandırıcı görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, rayon Təhsil sektorlarının və rayon ümumi təhsil müəssisələrinin ibtidai sinif, Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak ediblər.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi, onun məzmunu, mərhələləri, prosesin təşkilinin məqsədilə bağlı məsələlər barədə məlumat verilib.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.