28.03.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin və ətraf kənd məktəblərinin kollektivinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin akt zalında keçirilən tədbirdə regional təhsil idarəsinin əməkdaşları, həmkarlar təşkilatının, yerli kənd icra və bələdiyyə orqanlarının, müəllim və şagird kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Tədbirdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,