15.03.2023

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə keçirilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb.

Qeyd edək ki, rayon (şəhər) və respublika üzrə olmaqla 2 mərhələdə təşkil edilən müsabiqənin respublika mərhələsi 2023-cü ilin aprel ayında Bakı şəhərində həyata keçiriləcək.