22.03.2023

"Sərhəd" hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Şəki Sərhəd Dəstəsi, Oğuz rayon Gənclər və İdman İdarəsi və Oğuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Sərhəd" hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Gənc nəslin Vətənə məhəb­bət, dövlətə sədaqət ruhunda tərbiyə olunması, gənclərdə sərhədçi peşə­sinə marağın artı­rılması məqsədilə keçirilən hərbi idman oyununda komandalar “Sıra hazırlığı”, “Ləpirçilik”, "Kəndir dartma", “Sərhəd naryadı tə­rəfindən nəqliyyat vasitələrinə baxışın təşkili“, “Avtomatın sökülməsi və yığılması”, “Yaralanmış sərhəd naryadı üzvü­nə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Maskalanma” mərhələlə­rində öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, N.İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəbin komandası l yerə, H.Babayev adına Oğuz şəhər 1 nömrəli tam orta məktəbin komandası II yerə, Bucaq kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.


Açar sözlər: ,  ,