24.03.2023

Sərgi-satış yarmarkası keçirilib.

22 mart tarixində Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflərin sərgi-satış yarmarkası keçirilib.

Sərgidə Nəsimi adına şəhər 2 nömrəli və Qarahacıllı kənd tam orta məktəbinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin peşə profillərinə uyğun hazırladıqları əl işləri nümayiş olunub.

Yarmarka çərçivəsində eyni zamanda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirilib.  


Açar sözlər: ,  ,  ,