25.02.2023

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 25-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilalan şagirdlər üçün Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib.

IX, X, XI sinif, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdlərin iştirak etdiyi fənn olimpiadalarında Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 792 nəfər şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Nəticələrin 7 mart tarixinədək elan edilməsi nəzərdə tutulur. Yarımfinal turunun nəticələri www.portal.edu.az platformasında şəxsi kabinetlərə yerləşdiriləcək, eyni zamanda şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri ilə də paylaşılacaq.

Qeyd edək ki, sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir.

Respublika fənn olimpiadaları Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,